ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru admiral Mişel Rocers istefa verməyə hazılaşdığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat “The Washington Post” nəşrinin “Twitter” hesabında yer alıb.
Qeyd edək ki, Mişel Rocersi bu vəzifəyə 2014-cü ilin yanvar ayında Barak Obama təyin etmişdi. Bundan əvvəl 30 illik hərbi təcrübəyə malik admiral Sakit okean donanmasının bir sıra kəşfiyyat əməliyyatlarına başçılıq edib və ABŞ Hərbi-Dəniz Qüvvələri kiberkomandanlığının rəhbəri olub.
Yeni Milli Təhlükəsizlik Agentliyinin direktorunun gələn ay Donald Tramp tərəfindən təyin olunacağı gözlənilir. Amma həmin şəxs Senat tərəfindən də təsdiq edilməlidir.
A.M.
www.oxu.az