ABŞ hakimiyyəti Böyük Vətən Müharibəsində qələbənin yubileyinə həsr olunmuş tədbirlərdə təmsil olunacaq.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Xarf deyib.
“Əminəm ki, kimsə gedəcək”, - o qeyd edib.
Xarf əlavə edib ki, hakimiyyət tədbirlərdə ABŞ-ı kimin təmsil edəcəyi ilə bağlı hələ qərar qəbul etməyib.