ABŞ müdafiə naziri Ceyms Mettis hesab edir ki, NATO ölkələri Rusiya ilə güc mövqeyindən tərəfdaşlıq münasibətləri qurmalıdırlar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq bəyanatı Mettis, çərşənbə günü Brüsseldə NATO-nun müdafiə nazirlərinin görüşündə verib.
“Biz əvvəlki kimi Moskva ilə tərəfdaşlıq münasibətlərinin bərpasına açığıq, amma öz gözləntilərimizdə realist olaraq qalırıq və diplomatlarımız üçün güc mövqeyindən danışıqlar aparmaq üçün imkan yaradırıq, - Pentaqon rəhbəri bildirib. Amma biz Alyansın dəyərlərindən imtina etməyə və Rusiyaya öz əməlləri ilə burdakılardan daha uca səslə danışmağa icazə verməyə hazır deyilik”, - deyə nazir bildirib.
N.O.
www.oxu.az