ABŞ-nin Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 25 baza bəndi azaldıb.
Oxu.Az bildirir ki, bu barədə ABŞ tənzimləyicisinin yaydığı press-relizdə deyilir.
Uçot dərəcəsinin yeni diapazonu 3.75%-4% təşkil edir.
Bu, cari ildə bəri ikinci azalmadır. FRS sentyabrın 17-də keçirilmiş əvvəlki iclasında 2025-ci ildə ilk dəfə olaraq faiz dərəcəni 4.25%-4.5%-dən 4%-4.25%-ə endirmişdi.
Bundan əvvəl faiz dərəcəsi beş iclas ardıcıl olaraq dəyişməz qalmışdı. FRS-nin növbəti iclası 9-10 dekabr tarixlərində planlaşdırılıb.