Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-nin ticarət müharibəsində qalib: "Coca-Cola", yoxsa "Pepsi"?
ABŞ Prezidenti Donald Trampın elan etdiyi ticarət müharibəsi sərinləşdirici içkilər bazarında gözlənilməz nəticələrə səbəb olur.
Oxu.Az "The Wall Street Journal"a istinadən xəbər verir ki, iki sənaye nəhəngləri - "Coca-Cola" və "Pepsi" arasında qarşıdurmada açıq-aşkar qalib müəyyənləşməkdədir.
Məsələ burasındadır ki, bu şirkətlərin içkilərinin istehsalı üçün məxfi konsentratlar müxtəlif ölkələrdə istehsal olunur. "The Coca-Cola Company"nin bütün əsas istehsal müəssisələri ABŞ-də yerləşir. Eyni zamanda, "PepsiCo, Inc"in içki konsentratının əhəmiyyətli bir hissəsi İrlandiyada istehsal olunur.
Tramp administrasiyasının İrlandiya idxalına 20% rüsum tətbiq etmək qərarı "Pepsi"ni əlverişsiz vəziyyətə salır. Artıq şirkətin məhsullarına əlavə rüsumlar tətbiq olunacaq ki, bu da istər-istəməz istehlakçılar üçün məhsulun bahalaşmasına səbəb olacaq.
Analitiklər qeyd edirlər ki, mövcud vəziyyətdən əsas faydanı "Pepsi"nin birbaşa rəqibi olan "Coca-Cola" əldə edəcək.
"Ticarət müharibəsi" teqi üzrə xəbərlər
- Neftin qiyməti 50 dollaradək enə bilərmi?
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər
- ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq
- İki qılınc Papası, yaxud Vatikan Trampın nəzarətində
- Tramp Çinə qarşı tətbiq etdiyi tarifləri azaldacaq?