Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-nin yeni dövlət katibindən gözlənilməz Ukrayna açıqlaması
ABŞ-nin yeni dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinə son qoymağın zəruriliyindən danışıb. Eyni zamanda o, ABŞ-nin Ukraynanı dəstəklədiyini qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə siyasətçi ABC telekanalının efirində bildirib.
Donald Trampın seçkiqabağı kampaniyasının birinci günü Rusiya və Ukrayna arasında münaqişəyə son qoyacağına dair verdiyi vədlə bağlı Rubio deyib ki, məsələ daha mürəkkəbdir və danışıqlar açıq şəkildə aparılmayacaq.
Dövlət katibi münaqişəni faciəli adlandırıb və onun təkcə Ukrayna və Rusiyaya deyil, həm də Avropadakı sabitliyə böyük ziyan vurduğunu qeyd edib.
Rubionun sözlərinə görə, bu problemləri həll etməyin yeganə yolu praqmatizmə qayıtmaqdır.
"ABŞ-nin burada rolu var. Biz Ukraynanı dəstəkləmişik, lakin bu münaqişəyə son qoyulmalıdır", - dövlət katibi bildirib.
"Marko Rubio" teqi üzrə xəbərlər
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Rubio Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi perspektivindən danışıb
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb
- ABŞ İranı Yaxın Şərqdə qeyri-sabitliyin mənbəyi hesab edir
- Təyyarəsində nasazlıq yaranan ABŞ Dövlət katibi Almaniyaya yenidən yola düşüb