Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-nin yeni rüsumları logistikanın əhəmiyyətli hissəsini Türkiyəyə yönəldəcək
"ABŞ-nin yeni gömrük siyasəti Türkiyəyə beynəlxalq tədarük zəncirinin əhəmiyyətli hissəsini özünə cəlb etməyə imkan verəcək".
Oxu.Az xəbər verir ki, bunu Ankaranın maliyyə sektorundakı mənbə TASS ilə söhbəti zamanı deyib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının bu cür addımları logistikaya, beynəlxalq tədarük zəncirinə təsir göstərəcək:
"Tədarük zəncirinin əhəmiyyətli hissəsi Türkiyəyə yönələcək. ABŞ-nin daha yüksək rüsumlar tətbiq etdiyi ölkələr Türkiyə kimi azad ticarət haqqında sazişləri olan dövlətlər vasitəsilə ticarət aparmağa can atacaqlar. Çünki Türkiyəyə ABŞ tərəfindən minimum - 10 faizlik tarif tətbiq edilib".
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də qeyri-adi realiti-şou: Miqrantlar vətəndaşlıq üçün yarışacaqlar
- Trampın xüsusi nümayəndəsindən etiraf: "Beynəlxalq münaqişələr barədə sənədli filmlərdən öyrənmişəm"
- Rusiya ABŞ-nin Ukrayna ilə danışıqlarda iştirakına qarşıdır
- ABŞ-də məşhur qəhvəxananın işçiləri yeni geyim qaydalarına görə tətilə başladılar
- Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı