Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ polisi “qara cümə”də alıcını güllələdi
ABŞ-ın Alabama ştatında polis əməkdaşları “Riverchase Galleria” ticarət mərkəzində səhvən alıcını güllələyiblər.
Oxu.Az-ın verdiyi xəbərə görə, hadisə cümə günü, noyabrın 23-də baş verib. Naməlum şəxs ticarət mərkəzində odlu silahdan atəş açıb. Polis əməkdaşları isə onu alıcıların biri ilə səhv salıblar və günahsız insanı qətlə yetiriblər.
Hazırda əsl cani axtarışdadır.
Ən çox oxunanlar