ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ABŞ-da seçkilərə müdaxilənin qəbuledilməz olduğunu deyib.
Oxu.Az-ın xəbərinə görə, Ağ Evin lideri bu barədə “Fox Business”ə müsahibəsində danışıb.
“Mən dedim ki, bundan sonra heç bir müdaxilə olmamalıdır”, - Tramp qeyd edib.
ABŞ prezidenti bildirib ki, Putin buna cavab olaraq rəsmi Moskvanın seçkilərə təsir etməyə çalışmadığını vurğulayıb.
Tramp ehtimal edir ki, Putin ABŞ prezidenti postunda Hillari Klintonu görmək istəyirdi.