"Ukrayna hücuma keçmək niyyətindədir".
Oxu.Az "Vedomosti" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
"Biz Ukrayna prezidenti ilə müharibəni müzakirə edəcəyik və onların hücuma keçmək istədikləri barədə danışacağıq. Mən bu məsələ barədə qərar qəbul edəcəyəm", - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, "Tomahawk" raketlərinin Ukraynaya göndərilməsi barədə hələ qərar qəbul etməlidir.