ABŞ-ın maliyyə nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiyaları yüngülləşdirib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, maliyyə nazirliyinin saytında yerləşdirilmiş məlumata əsasən, bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan məhsulları “almaq, istifadə etmək, icazə, lisenziya, sertifikat üçün ödəniş etməyə” icazə verilir.
Bununla yanaşı, ödənişin ümumi həcmi il ərzində beş min dolları keçməməlidir. Eyni zamanda Krıma istənilən mal və texnologiyanı ixrac etmək qadağan olunur.
Qeyd edək ki, Birləşmiş Ştatlar 2016-cı ilin oktyabrında ABŞ seçki sisteminə edilən kiber hücumda Rusiyanı günahlandırır. Bu səbəbdən ABŞ Rusiyanın təhlükəsizlik strukturlarına qarşı “seçkiyə müdaxilə”, “amerikalı diplomatlara təzyiq” kimi ittihamlarla sanksiyalar tətbiq edib.
S.B.
www.oxu.az