Respublikaçı Kevin Makkarti və senator Con Makkeyn çərşənbə günü Rusiya istehsalçısı “Enerqomaş QHT”-nin istehsalı olan RF-180 raket mühərriklərinin məhdudsuz sayda alınmasına icazə verən qanunun ləğv edilməsi təşəbbüsü ilə çıxış ediblər, Daily Mail məlumat yayıb.
“Rusiyanın Ukraynaya intervensiyasını subsidiyalaşdırmaq mənəviyyatsızlıqdır”, - nəşr Makkeynin sözlərindən sitat gətirib.
Oxu.Az RNS-ə istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat katibi Yuri Melnikin bu məsələyə dair şərh verməkdən imtina edərək, Rusiyanın bu qəbildən olan müzakirələri ABŞ-ın daxili işi hesab etdiyini qeyd edib.
2015-ci ilin dekabr ayında “Roskosmos” 2019-cu ilə qədər ABŞ-a 20 ədəd RD-180 raket mühərrikinin tədarükünə dair yeni müqavilə barədə məlumat yayıb.
“2019-cu il də daxil olmaqla bu müddət ərzində “Enerqomaş QHT” ABŞ-a “Atlas-5” daşıyıcı raketin birinci mərhələsinin tərkibində istifadə edilməsi üçün 20 ədəd RD-180 raket mühərriki tədarük edəcək”, - məlumatda deyilir.
Müəssisənin məlumatına görə, “Enerqomaş QHT” və Amerikanın “RD Amros” şirkəti 2015-ci ilin dekabr ayında ABŞ-a mühərriklərin tədarükünə dair müqavilə üzrə əlavə saziş bağlayıblar.