ABŞ-ın təhlükəsizliyi üçün qlobal strateji təhlükələr siyahısında birinci yerdə Rusiyadır.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, bunu ABŞ Senatında silahlı qüvvələr üzrə komitədə çıxışı zamanı müdafiə naziri Eşton Karter deyib.
“Karter ABŞ üçün beş qlobal təhlükə sadalayıb - Rusiya, Çin, Şimali Koreya, İran və terroizm”, - Müdafiə Nazirliyinin cümə axşamı dərc edilən press-relizində bildirilib.
Müdafiə Nazirliyi “büdcənin planlaşdırılması və tərtib edilməsi”ndə bu təhlükələri rəhbər tutur, - Karter qeyd edib.
Bununla yanaşı, Karter Rusiya və Çin “bəzi sahələrdə ABŞ-ın üstünlüyünə istiqamətlənmiş, inkişaf etmiş və işlənməsi davam edən hərbi sistemləri olan rəqiblər” adlandırıb, - məlumatda deyilir.
“Təhlükəsizlik sahəsində bugünkü vəziyyət, 25 il bundan əvvəlkindən çox fərqlənir. O, yeni investisiyalar və addımlar tələb edir”, - Karter senatorlara deyib.
Pentaqonda bəyan ediblər ki, yeni baza büdcəsi üçün 523,9 dollardan 582,7 milyard dollara qədər vəsait tələb edilir. Bundan 58,8 milyard dollar xarici əməliyyatların maliyyələşdirilməsi üçün tələb olunur.