ABŞ prezidenti Donald Tramp Konqressdən 500 mln. dollar vəsait ayırmasını tələb edib.
Bu vəsait Rusiyanın Avropa və Mərkəzi Asiyada artan nüfuzunun və təsirirnin qarşısının alınmasına sərf ediləcək.
Gazeta.ru-nun məlumatına görə, büdcə sorğusu Ag evin rəsmi saytında dərc edilib.
Sənədin mətninə əsasən, bu vəsait ABŞ-ın müttəfiqlərinin Rusiya silahlarını almaqdan imtina etmələrinin təmininə, ərazi bütövlüyünün qorunmasına, ümumi təhlükəsizliyin artırılmasına, eləcə də makroiqtisadi gücləndirmə layihələrinə sərf ediləcək.