Ağ evin nümayəndəsi Coş Ernest bəyan edib ki, ABŞ Rusiyanın təcrid olunması kursunu davam etdirəcək. Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Ernest qeyd edib ki, ABŞ prezidenti Barak Obamanın mövqeyi dəyişməyib. O, Rusiyada Putin rejiminin bundan sonra da təcrid olunmasına kömək etmək niyyətindədir.
Bundan başqa, Ağ evin nümayəndəsi qeyd edib ki, ABŞ-ın Rusiyaya münasibətdə strategiyası uğurludur. Ernest bəyan edib ki, sanksiyalar Rusiya iqtisadiyyatında geriləməyə səbəb olub.
“Rusiya iqtisadiyyatına qarşı sanksiyaların həyata keçirilməsi strategiyası uğurlu olub. Valyutanın devalivasiyasına görə bir sıra borc üzrə müstəqil qiymətləndiricilər Rusiyanın qiymətli kağızlarının kredit reytinqini aşağı salıb”, - Ernest əlavə edib.
Öncə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bəyan etmişdi ki, ABŞ-ın Ukraynada hakimiyyət dəyişikliyində iştirakı sirr deyil.
www.oxu.az