Amerika hökuməti Odessa vilayətinin qubernatorunun komandasının əməkdaşlarının məvacibini ödəyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Mixeil Saakaşvili ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett ilə görüşündən sonra Facebook sosial şəbəkəsində yazıb.
“ABŞ-ın Ukraynadakı səfiri ilə Kaliforniyada olan amerikalı polislərin Odessa polisinə təlim keçəcəyinə dair razılaşmaya gəldik. Eləcə də Odessada rüşvətxorluqla mübarizə çərçivəsində Amerika hökuməti Saakaşvilinin yeni komandasının məvacibi üçün vəsait ayırmağa razılaşıb”.