Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ sakini mağazadakı kassirin səhvi sayəsində milyonlarla dollar qazandı
ABŞ-nin Miçiqan ştatının 45 yaşlı sakini uğurlu təsadüf və mağazanın kassirinin səhvi sayəsində milyonçu olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə UPI nəşri yazı dərc edib.
Adının açıqlanmasını istəməyən şəxs birdən-birə zəngin olmasının heyrətamiz hekayəsini danışıb.
ABŞ-linin sözlərinə görə, o, lotereya bileti almaq üçün mağazaya girib. Lakin kassir onun xahişini səhv başa düşüb və ona fərqli tiraj üçün bilet satıb.
"Bu, tam bir təsadüf idi. Mən kassirdən başqa bilet istədim, o, bileti dəyişmək istəyəndə, dedim ki, onu özümə saxlayacağam", - deyə şanslı kişi bildirib.
Ertəsi gün səhər alış-verişdən sonra kişinin arvadı biletin ştrix-kodunu yoxlamaq qərarına gəlib və bunun uduşlu bilet olduğunun təəccüblə fərqinə varıb, bilet sahibinə tam bir milyon dollar qazandırıb.
"Nəfəs ala bilmirdim. Mənə elə gəlirdi ki, bu, hansısa zarafatdır", - deyə qalib öz emosiyalarını bölüşüb.
Arzulanan biletin sahibi onu da etiraf edib ki, biletə nəsə ola biləcəyindən və ya itəcəyindən qorxaraq, həyəcandan onu bankaya qoyub və evinin həyətində basdırıb. Milyonçu indi pul mükafatını ipotekanın ödənilməsinə, hesabların qapadılmasına və rahat yaşlılıq üçün əmanətlərin toplanmasına xərcləməyi planlaşdırır.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- İsrail XİN Kallasın Qəzza ilə bağlı şərhlərini rədd edib və HƏMAS-a təzyiq göstərməyə çağırıb
- Avropalı diplomat Putin və Trampın Kiyev söhbəti barədə: "Görünür, fikrindən daşınıb"
- Trampın kriptovalyutası ABŞ prezidentinə nə qədər gəlir gətirib? - Məbləğ açıqlandı
- ABŞ G20 sammitində iştirak etməyəcək
- ABŞ ən güclü nüvə başlıqlarından birini təkmilləşdirdi