ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) Sakit okeanın şərq hissəsində narkotik vasitələrin daşınmasında şübhəli bilinən və içərisində iki nəfərin olduğu gəmiyə zərbə endirdiyini açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə SOUTHCOM "X" sosial şəbəkəsində məlumat yayıb.
"Təsdiqlənmiş kəşfiyyat məlumatları sübut etdi ki, həmin su nəqliyyatı vasitəsi narkotrafik məqsədilə fəal şəkildə istifadə olunub. Həyata keçirilən əməliyyat nəticəsində iki narkoterrorçu məhv edilib", - deyə açıqlamada qeyd olunur.
Komandanlıq, həmçinin hədəfə zərbə endirilməsi anını əks etdirən və ardınca gəminin alışaraq yanması ilə nəticələnən videoyazını da ictimaiyyətə təqdim edib.