Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaradakı səfirini Birləşmiş Ştatların Dövlət Departamentinin nümayəndəsi Con Kirbi Suriya kürdlərinin “Demokratik ittifaq” partiyasını terror təşkilatı hesab etmədiyini bəyan etdikdən sonra nazirliyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin XİN əməkdaşına istinadən Reuters məlumat yayıb.
Türkiyə hakimiyyəti “Dİ” partiyasını Türkiyə hərbçiləri ilə muxtariyyat uğrunda mübarizə aparan, Türkiyədə, ABŞ və Aİ-da terror təşkilat hesab edilən Kürdüstanın fəhlə partiyasının bir hissəsi hesab edirlər.
Buna baxmayaraq, Birləşmiş Ştatlar Suriya kürdlərini İŞİD terror təşkilatının yaraqlıları ilə Suriyada mübarizədə dəstəkləyir.