Birləşmiş Ştatlar Suriyada, o cümlədən ölkənin kürdlərin yaşadığı şimal əyalətlərində hansısa muxtar birləşmələrin yaradılmasının əleyhinə çıxış edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Suriya Kürd-Ərəb Administrasiyasının qurultayına dair jurnalistlərin suallarını cavablandırarkən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.
“Biz Suriyada hər hansı özünüidarə yarımmuxtar ərazilərin yaradılmasını tanımırıq”, - o deyib. Diplomat vurğulayıb ki, ABŞ Administrasiyası bu qəbildən olan cəhdləri ölkədə siyasi tənzimləmə üçün kontrproduktiv hesab edir.