Pentaqon koalisiya qüvvələrinin nəzarətində olan ət-Tənaf forpostuna əlavə hərbi kontingent göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə nazirliyindəki mənbələrə istinadla “Fox News” telekanalı məlumat yayıb.
Regiona yüzdən çox dəniz piyadası gətirilib.
Qeyd olunur ki, Vaşinqtonun Suriyadakı hərbi birləşmələrinin qüvvətləndirilməsi Rusiyanın bölgədə gizlənən terrorçulara zərbə endirəcəyinə dair xəbərdarlığı ilə bağlıdır.