Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ tarixində ikincə dəfə məhbus işgəncə hesab edilən üsulla edam edildi
ABŞ-nin Alabama ştatında Alan Yucin Miller adlı 59 yaşlı məhkum azot qazı ilə edam edilib. Bu, ölkə tarixində eyni üsulla həyata keçirilən ikinci edam hadisəsidir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Associated Press" (AP) xəbər verib.
Bildirilib ki, Miller 1999-cu ildə üç kişini qətlə yetirib, lakin son ana qədər özünü təqsirli bilməyib.
Ölümündən əvvəl Miller bir daha təkrar edib ki, burada olmaq üçün heç nə etməyib. O, iştirakçılardan kiməsə qayğı göstərməyi xahiş edib, lakin adını aydın tələffüz etməyib.
Qeyd edək ki, 2022-ci ildə Milleri ölümcül inyeksiya ilə edam etmək cəhdi olub, lakin tibb işçiləri ona sistem qoşa bilməyiblər.
Hazırda təmiz azot qazı ilə edam Alabama, Oklahoma və Missisipi ştatlarında qanuni hesab olunur. Ölüm hökmünə məhkum edilmiş şəxs yalnız azot qazı ilə dolu maska ilə nəfəs alır və bu, ölümcül hipoksiyaya səbəb olur.
Bu üsulla edam olunan ilk şəxs 1988-ci ildə keşişin arvadının ölümünə sifariş verdiyi üçün məhkum edilmiş Kennet Smit olub. Onun edamı da cari ilin yanvarında Alabamada baş tutub. Bu metodun tərəfdarları onun ağrısız olduğunu iddia etsələr də, tənqidçilər bunu insanlar üzərində eksperimentlərə bənzədirlər.
Mediada bildirilir ki, həm Smit, həm də Miller azot qazını nəfəs alarkən qıcolmalar keçiriblər.
Qeyd edək ki, bu edam növü BMT-nin narazılığına səbəb olub. Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı bunu qeyri-insani rəftar, işgəncə kimi təsnif edib.
Rəylər