Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb: Tramp təsdiqlədi
"ABŞ hazırda müdafiə sahəsində Ukraynaya hər hansı yardım göstərmir".
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
"Hazırda biz heç nə tədarük etmirik", - deyə ABŞ lideri Vaşinqtonun Kiyevə müdafiə ilə bağlı yardım edib-etməməsinə dair suala cavabında bildirib.
Eyni zamanda, o, ABŞ və Rusiyanın münaqişənin həlli ilə bağlı razılığa gələnə qədər Ukraynanın hərbi əməliyyatlar aparmaq üçün sursatlarının kifayət edəcəyini də istisna etməyib.
Donald Tramp bildirib ki, gələcəkdə Kiyevə hərbi yardımın göstərilməsinə görə Avropa cavabdehlik daşıyacaq.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp Qəzzanın gələcəyi barədə layihəsinin süni intellektlə hazırlanmış videosunu paylaşdı
- Makronla görüşündə Trampın əlində görünən qeyri-adi qançırın "sirri" nədir? - Ağ Ev açıqladı
- ABŞ məhkəməsi Trampın transseksuallarla bağlı qərarına qarşı çıxdı: Sərəncamın icrasını dayandırdı
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Ukrayna barədə sual Ağ Ev rəhbərini təəccübləndirdi