Alyansın Avropada silahlı qüvvələr baş komandanı general Filip Bridlav Ukraynaya silah çatdırmalarına başlamaq lazım olduğunu hesab edir, “The New York Times” yazıb. Qeyd edilib ki, Amerika hakimiyyəti, çox güman ki, bu ideyanı dəstəkləyəcək.
Yardımın çatdırılması məsələsi ABŞ Dövlət katibi Con Kerrinin kiyevə səfəri zamanı müzakirə ediləcək. Bundan başqa danışıqlarda ABŞ Silahlı qüvvələr qərargahlarının birləşmiş komitəsinin sədri geneal Martin Dempsi də iştirak edəcək.
Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.
Qəzet dəqiqləşdirib ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Syuza Rays Ukraynaya silah çatdırmalarına qarşı çıxış edib, amma son hadisələrdən sonra o, bu məsələyə yenidən baxmağa hazırdır.
Daha öncə Dövlət dumasının müdafiə komitəsinin üzvü Frans Klinseviç bəyan edib ki, əgər ABŞ Kiyevə silah çatdırmağa başlasa, o, Donetsk və Luqansk respublikalarına silah çatdırılmasını təklif etmək niyyətindədir.