Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni binasının açılışı olub.
Oxu.Az xəbər verir ki, Azərbaycanda gənclər günü ilə əlaqədar gənclər və idman naziri Azad Rəhimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını ziyarət edib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni binasının açılışında gənclər və idman naziri Azad Rəhimovla yanaşı, nazir müavini İntiqam Babayev, İdarənin rəisi Raqif Abbasov iştirak edib.
Nazir yeni binada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, istifadəyə verilən yeni bina gənclər üçün yeni imkanlar yaradacaq.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra nazir ötən il idman sahəsində fərqlənən idmançılar, fəal gənclər, tələbə gənclər təşkilatları və ictimai birlikləri mükafatlandırıb.
Elvin Əhmədov
FOTO: Nüsrət Abdullayev