ABŞ Prezidenti Donald Tramp Çinlə münasibətlərdə isinmə olduğunu bildirib.
Oxu.Az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə bunun mayın 11-də Cenevrədə ticarət sazişinin bağlanmasından sonra baş verdiyini vurğulayıb.
Çinin ABŞ-yə tətbiq etdiyi rüsumlar 125 faizdən 10 faizə, ABŞ tarifləri isə 145 faizdən 30 faizə endiriləcək.
Bununla belə, rüsumların azaldılması aprelin 2-dən əvvəl avtomobillər, polad və alüminium üçün tətbiq edilən məhdudiyyətlərə təsir etməyəcək. Həmçinin əczaçılıq məhsullarına yeni rüsumların tətbiqi də mümkündür.