Amerikanın Ohayo ştatının məhkəməsi 22 yaşlı ABŞ vətəndaşı Kristofer Li Kornellanı Vaşinqtonda Kapitoli təpəsində terror aktının hazırlanmasında təqsirkar bilərək 30 il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
İstintaq müəyyən edib ki, şübhəli Kapitolidə partlayış törətmək, Barak Obamanın xalqa illik müraciəti zamanı insanları güllələmək istəyirdi.
Öz məkrli planını həyata keçirmək üçün o, bir neçə ay ərzində əldəqayırma partlayıcı qurğu hazırlayıb, iki yarımavtomat tüfəng və 600 güllə alıb.
Potensial terrorçu 2015-ci ilin yanvar ayının 14-də, planlaşdırılmış partlayışdan altı gün öncə həbs edilib. O, terror aktını İŞİD-ə dəstək kimi həyata keçirmək istəyirdi.
N.O.
www.oxu.az