Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ vitse-prezidenti: "Ukrayna münaqişəsində mövqeyimizi dəyişə bilərik"
"ABŞ anlayır ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar dalana dirənib".
Oxu.Az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bəyan edib.
"Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinə deyəcək: "Siz ciddisiniz? Siz buna ciddi yanaşırsınız?" , - deyə Vens jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əgər Rusiya sülhə maraq göstərməsə, ABŞ bunun "bizim müharibəmiz olmadığını" deməyə məcbur olacaq.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar