Rusiyanın Abxaziyadakı hərbi bazasının bölmələrinə döyüş hazırlığının yoxlanılması çərçivəsində həyəcan siqnalı verilib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Cənub hərbi dairədən aldığı informasiyaya istinadən məlumat yayıb.
500-dən çox motoatıcı və 100 ədəd hərbi və xüsusi texnika, o cümlədən də T-90A tankları, ZTR-82A zirehli transportyorlarlar və “KamAZ Mustanq” zirehli maşınları Naqvalou poliqonuna 150 km marş yerinə yetiriblər.
Poliqonda hərbçilər ştat silahlarından – RPQ-7 tank əleyhinə əl qumbaraatandan, “Peçeneq” pulemyotlarından, “AK-74” avtomatlarından, transportyor silahlarından atəş açacaqlar.