Türkiyənin məşhur dindarı Adnan Oktar evlənməməyinin səbəbini açıqlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Oktar həyatında hər şeyi Allah üçün etdiyini və ona görə də evlənmədiyini bildirib:
“Evlənmədim Allah üçün... Məktəbdə səhərdən axşama qədər təbliğat apardım Allah üçün… Həyatımı təhlükəyə atdım Allah üçün… Həbsxanaya girdim Allah üçün... Dəlixanaya düşdüm Allah üçün...”.
Çıxışı ilə studiyadakı qonaqları duyğulandıran Oktar “kedicik”lərini tərifləməyi də unutmayıb.