Məşhur azərbaycanlı yazıçı Elçin Səfərli Nataşa Korolyovanın “Nahar vaxtıdır” mətbəx şousunda iştirak edib.
Oxu.Az xəbər verir ki, duel zamanı evdar xanım, İrina Juravleva ilə yarışan yazıçı pendirli kabaçoklu basdırma və cacıq (şərqsayağı ovduq) hazırlayıb.
Elçin Səfərli xüsusilə Nataşa Korolyova üçün Bakıdan anasının hazırladığı şəkərbura gətirib. Şəkərburaların dadına baxan rus estradasının ulduzu:
“Bu, şahanədir. Ananızın qızıl əlləri və qızıl oğlu var”.
Dueldə səsvermənin nəticəsinə görə Elçin Səfərli qalib gəlib.
Həmin videonu təqdim edirik: