Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AEBA-nın baş direktoru Rafael Qrossinin Tehran səfərinə icazə verildi
"Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin Tehrana səfərinə razılıq verilib".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bəyan edib.
Bəqai qeyd edib ki, İranın xarici işlər naziri Abbas Əraqçı Rafael Qrossi ilə telefon söhbəti zamanı Tehranın narahatlıqlarını ona çatdırıb.
XİN sözçüsü onu da vurğulayıb ki, İsrail və ABŞ tərəfindən İranın dinc nüvə obyektlərinə qarşı davam edən təhdidləri nəzərə alaraq, agentliyin üzərinə düşən vəzifəni yerinə yetirməsini gözləyirlər.
"İranın nüvə proqramı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar