Yunanıstanda parlament binası qarşısında baş verən iğtişaşlar nəticəsində on nəfər polis əməkdaşı xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Naftemporiki” nəşrinin məlumatında deyilir.
İğtişaşları Skopye ilə Prespan sazişinə etiraz edən bir qrup anarxist törədib. Onlar polis əməkdaşlarına daş atıblar, cavab addım kimi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.
Τραυματισμοί κατά τα επεισόδια μπροστά από τη Βουλή https://t.co/4khZwEouFE pic.twitter.com/knJzlPZbX7
— naftemporiki.gr (@naftemporikigr) 20 января 2019 г.
Bildirilir ki, bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib. Onlardan biri xəstəxanaya aparılıb.
Sabiq baş nazir Antonis Samaras bəyan edib ki, bütün təxribatlara rəğmən, milyonlarla yunan Prespan sazişinə qarşı çıxır və çıxacaq.