"ABŞ Prezidenti Donald Trampın yaxın zamanda Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırmır".
Oxu.Az CBS-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin nümayəndəsi deyib.
Daha əvvəl "Reuters" agentliyi Putin-Trump görüşünün təhlükə altında olduğu barədə məlumat verib.
Agentliyin mənbələri bunu atəşkəsə qarşı çıxan Moskvanın mövqeyi ilə əlaqələndirib:
"Amerikalılara aydın oldu ki, Budapeştdə Trampla heç bir razılaşma olmayacaq".
Xatırladaq ki, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Onun yekunlarına əsasən, liderlər Budapeştdə görüşmək barədə razılığa gəliblər.