Futbol üzrə Azərbaycan II Liqasında nadir nəticə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, VI turun son matçında "Araz Saatlı" öz meydanında "Xankəndi"ni qəbul edib.
Qarabağ təmsilçisi meydan sahiblərinin qapısından 14 cavabsız top keçirib - 0:14.
Qeyd edək ki, hazırda aktivində 15 xalı olan "Xankəndi" çempionatın lideridir. Cəmi 1 xala malik "Araz Saatlı" isə sonuncudur.