Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağ Ev Trampın Nümayəndələr palatasında impiçmentinə hazırdır
Ağ Ev Nümayəndələr palatasındakı demokratların ABŞ prezidenti Donald Trampın impiçmenti lehinə səs verəcəyini gözləyir.
Bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Stefani Qrişem “Fox News”a müsahibəsi zamanı bildirib.
“Biz impiçmentin baş verəcəyinə hazırıq. Nensi Pelosi (Nümayəndələr palatasının spikeri) palatadakı demokratların səs verəcəyini aydın bildirib. Deməzdim ki, bu dəqiqdir (impiçment – red.), amma biz bunu gözləyirik”, - deyə Qrişem qeyd edib.
Xatırladaq ki, dünən ABŞ Konqresinin Nümayəndələr palatası Demokratlar partiyası tərəfindən başlanmış Donald Trampın impiçment proseduru çərçivəsində ilk səsvermə keçirib.
Konqresin aşağı palatası Trampın impiçmenti məsələsi üzrə demokratların başladığı təhqiqat prosedurunu rəsmi dəstəkləyən qətnaməni bəyənib.
Qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib. Onun qəbul olunması üçün 218 nəfərin sadə çoxluğu tələb olunurdu. Gözlənildiyi kimi, bu məsələyə baxılarkən partiya mənsubiyyəti üzrə təfriqə yaranıb: respublikaçılar qətnamənin əleyhinə (194 səs, 3 nəfər səsvermədə iştirak etməyib), demokratlar lehinə (231 nəfər, 1 nəfər səsvermədə iştirak etməyib) səs veriblər.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
- ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlar
- Tramp "düşmən"lərindən qisas almağa başladı: Kimləri işdən çıxarmaq niyyətindədir?
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Trampa seçkidə uduzan Kamala Harris məğlubiyyətdən sonra hara yoxa çıxıb? - Ağ Evdən açıqlama
Rəylər