Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ağ Evdən ölümcül olan Makkeynə zarafat
ABŞ prezidenti Donal Trampın müşaviri Kelli Sadler ağır xəstəlikdən əziyyət çəkən senator ConMakkeyn haqda xoşagəlməz ifadələr işlədib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Sadler CİA rəhbərliyi ilə bağlı məsələ haqqında açıqlama verərkın deyib ki, senatorun mövqeyi vacib deyil, çünki o ölür.
Ağ Ev məsələ ilə bağlı açıqlama verməsə də, yayılan informasiyaya görə sözlər zarafat məqsədilə işlədilib. Ancaq çox sərt reaksiya ilə qarşılanıb.
Makkeynin qızı Meqan Makkeyn ümid edir ki, Sadler kobudluğunun cəzasını işdən qovulmaqla ödəyəcək. Ağ Ev belə bir planlarının olmadığını dilə gətirdikdən sonra Sadler senatorun qızına zəng edərək üzr istəyib.
Qeyd edək ki, 2017-ci ilin sentyabrından senatora beyin xərçəngi diaqnozu qoyulub.
Rəylər