Ağ evin kommunikasiya məsələləri üzrə direktoru Maykl Dabke posta təyin edilməsindən üç ay sonra istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp onun istefasını qəbul edib. M.Dabke istefa ərizəsini mayın 18-də yazıb.
Donald Tramp Dabkeni Ağ evin media strategiyası sahəsində islahatlar aparmaq üçün vəzifəyə təyin etmişdi.
N.О.
www.oxu.az