"Tvin Piks: Qayıdış" filmindəki "Agent Uilson" rolu ilə daha çox tanınan uelsli aktyor Ovayn Riz Deyvis 44 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti sənətçinin qohumlarının sosial media paylaşımlarına əsaslanaraq məlumat yayıb.
"Atamla birlikdə dərin kədər hissi ilə qardaşım Ovaynın həyatdan köçdüyünü bildiririk. Bu xəbər çoxları üçün böyük sarsıntı olacaq", - deyə aktyorun qardaşı Rodri bildirib.
Onun sözlərinə görə, aktyorun ölümünün səbəbi hələlik bəlli deyil.
Ovayn Riz Deyvis "Tvin Piks: Qayıdış" filmi ilə yanaşı bir sıra başqa ekran əsərlərində də rol alıb.