Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Aİ-nin fövqəladə sammitinə gələn Zelenski: "Artıq özümüzü tərk edilmiş hiss etmirik"
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə bağlı təcili danışıqlar aparmaq üçün Brüsseldə keçirilən Avropa İttifaqının fövqəladə sammitinə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Sammitdən əvvəl mətbuata qısa açıqlama verən Ukrayna prezidenti qeyd edib ki, Avropanın özünü silahlandırmaq istiqamətində atdığı addımları görmək onun məmnun edir.
V.Zelenski vurğulayıb ki, Avropa ukraynalılara güclü siqnal göndərib və indi onlar özlərini tərk edilmiş hiss etmirlər.
Xatırladaq ki, bu gün - martın 6-da Aİ-nin 27 ölkəsinin liderləri fövqəladə sammitdə Avropa İttifaqının yenidən silahlanması planını müzakirə etməyi planlaşdırırlar.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Mask Ukraynadakı müharibədən yazdı: "Daha neçə valideyn oğulsuz qalacaq?"
- ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini yenidən nəzərdən keçirir
- Zelenski: "Yaxın zamanda sülhü tezləşdirmək üçün ilk addımlarla bağlı plan hazır olacaq"
- ABŞ və Ukrayna rəsmiləri gizli görüş keçiriblər
- Starmer və Makron Zelenskini Trampla görüşdə müşayiət edə bilərlər