Avropa İttifaqı ölkələrinin nümayəndələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etmək üçün ABŞ-yə səfər edəcək.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Volodimir Zelenski ilə birgə mətbuat konfransında məlumat verib.
"Biz birbaşa və ikinci dərəcəli sanksiyalar vasitəsilə Rusiyaya təzyiqi artırmaq üçün ABŞ və digər tərəfdaşlarla işləyirik. Brüsseldə sanksiyalar paketi üzərində iş başlayır. Bizim Avropa komandamız amerikalı dostlarımızla sanksiyalar məsələsini müzakirə etmək üçün Vaşinqtona gedir", - deyə Avropa İttifaqı Şurasının prezidenti bildirib.
A.Koşta görüşün dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb.