Avropa İttifaqı Ukraynanın “ərazi bütövlüyünün pozulmasında” günahlandırdığı Rusiya və Ukrayna vətəndaşları və hüquqi şəxslərinə dair individual sanksiyaların müddətinin sentyabrın 15-dək uzadılmasına dair qərarı təsdiq edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edilib.
Rəsmi olaraq Aİ Şurası tərəfindnə sanksiyalar 146 nəfər və 37 hüquqi şəxsə qarşı martın 10-da qəbul edilmiş qərarla möhkəmləndirildi. Qərar Aİ-yə üzv ölkələrin Daxili İşlər və Ədliyyə nazirliklərinin rəhbərləri tərəfindən müzakirəsiz təsdiqlənib.
“Qərar rəsmi jurnalda dərc edildiyi gündən qüvvəyə minir”, - dərcdə bildirilib.