Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2016-cı ilin mart ayına qədər uzadılmasını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Avropa İttifaqındakı mənbəsinə istinadən xəbər verib.
Agentliyin məlumatına əsasən, qərar Ümumi İşlər üzrə Şuranın iclasında qəbul edilib.
Sanksiyalar altına Avropa məmurlarının Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasına aidiyyatlı olduqlarını hesab etdikləri Rusiya və Ukraynanın hüquqi və fiziki şəxsləri düşüb.
ABŞ və Avropa İttifaqı ölkələri 2014-cü ildə bir sıra rusiyalı məmurlara və siyasi xadimlərə qarşı sanksiyalar tətbiq ediblər. Səbəb Krımın Rusiya tərkibinə daxil edilməsi və Ukraynanın şərqində münaqişə olub. Girişin qadağan olduğu şəxslərin siyahısı təsdiq edilib, onların aktivləri isə dondurulub.