Ümid edirəm ki, noyabrda təsdiq edəcəyimiz ortamüddətli proqram neftin qiymətinin artmasına hesablanıb, bu plan üç illikdir - 2016, 2017, 2018-ci illər üçün hazırlanıb.
Ümumilikdə 2016-cı il üçün biz neftin 50-55 dollar arası qiymətinə istiqamət götürmüşük.
Oxu.Az xəbər verir ki, bu barədə Vahid Ələkbərov “Rossiya 24” telekanalına verdiyi müsahibəsində bildrib.
“Yəni biz hesab edirik ki, 2016-cı il üçün obyektiv qiymət, bizə konservativ də olsa, sərmayə planımız da daxil olmaqla bütün sərmayələrimizin maliyyə nəticələrini nəzərə almaq imkanı verəcək”, - o, əlavə edib.
Bununla yanaşı, LUKOYLun rəhbəri neftin qiymətinin bir barel üçün 65-90 dollar səviyyəsinə qədər artacağına əminliyini bildirib, bununla yanaşı proqnozun müddətini dəqiqləşdirməyib.
“Mən əminəm ki, qiymətlər sərmayələrimizi qoruya biləyəcəyimiz parametrə çıxacaq. Bu hardasa 65-90 dollar arasıdır (bir barel üçün – red.), bu isə Arktika dərinliklərini tədqiq etməyə imkan verəcək”, - Ələkbərov bildirib.