Avropa ölkələri Rusiyaya qarşı olan iqtisadi sanksiyaları qismən və ya tamamən ləğv etməyə hazırdır.
Bu barədə Avropa komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bəyan edib. Şərt isə Rusiyanın Ukraynada vəziyyətin dinc yol ilə həll edilməsinə səy göstərməsidir, Oxu.Az TASS-a istinadən xəbər verir.
Şefçoviçin fikrincə, Rusiyanın sülh yolu ilə hərəkət etməsi üçün iqtisadi sanksiyaları ona qarşı yeganə təsiredici alət kimi saxlamaq lazımdır. Elan edilən atəşkəsi Avropa komissiyasının vitse-prezidenti “həddən artı kövrək” hesab edib.
Ukraynaya silah çatdırılması ilə Şefçoviç qətiyyən razı deyil. O əmindir ki, bu, Kiyevin rəqibi tərəfindən analoji addıma səbəb olacaq, bu isə Donbassda silahlanma yarışına çevrilərək, daha çox qurban və dağıntılara səbəb olacaq.