Rusiyada Liberal Demokratiya Partiyasının lideri Vladimir Jirinovski Kiyevin yandırılmasını təklif edib.
Oxu.Az xəbər verir ki, Rusiyanın NTV kanalında məşhur “Spisok Norkina” verilişinə qatılan Jirinovski Minsk danışıqlarının nəticələrinin müzakirəsi zamanı bunu deyib.
Verilişdə Rusiya xalqının kasıblığından danışmağa başlayan Jirinovski, Kiyevin yandırılmasının lazım olması barədə fikirlər söyləyib.
“Kiyevi məhv edəcəyik, yandıracağıq Kiyevi. Tanklar yox, uzaqdan hücumla. Donetskdən Kiyevi yandıraq. Çünki bu, ruslara qarşı müharibədir” - deyərək Jirinovski özündən çıxır.
E.Ə.
www.oxu.az