Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aİ sammiti Ukraynaya uzunmüddətli yardım proqramını təsdiq edə bilmədi - FOTO
Avropa İttifaqı sammiti növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramını təsdiq edə bilməyib.
Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel sammitin birinci gününün yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.
“Biz bu mövzuya yanvarda qayıdacağıq və əminəm ki, konsensusa nail olacağıq”, - deyə Mişel əlavə edib və yalnız bir ölkənin - Macarıstanın - bu proqrama qarşı olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük barədə danışıqlara başlamaq qərarına gəlib.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramına veto qoyduğunu açıqlayıb.
O bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Biz bu məsələyə bir də müvafiq hazırlıqdan sonra, gələn il Aİ sammitində qayıdacağıq”, - Macarıstanın baş naziri vurğulayıb.
Summary of the nightshift:
— Orbán Viktor (@PM_ViktorOrban) December 15, 2023
🚫 veto for the extra money to Ukraine,
🚫 veto for the MFF review.
We will come back to the issue next year in the #EUCO after proper preparation.
Mənbə: TASS
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Josep Borrel: "Avropa çoxdan dünyanın mərkəzi deyil"
- "Qərbin məqsədi Gürcüstanı vassala çevirməkdir" - Cənubi Qafqazda yeni gərginlik formalaşır?
- Kobaxidze: "Aİ səfiri ritorikasını dəyişməzsə, Gürcüstan tədbirlər görəcək"
- Kobaxidze: "2028-ci ilin sonunadək Aİ ilə danışıqları dondurur, qrantlardan imtina edirik"
- Polşa prezidenti Ermənistanın iyrənc oyununa niyə alət oldu? - "Bu, diplomatik qalmaqaldır"
Rəylər