Avropa İttifaqı Şurası Ukraynaya 1.8 milyard avroluq növbəti makromaliyyə yardımı tranşının ayrılmasını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, müvafiq bəyanatı Aİ-nin sözügedən orqanı yayıb.
"Ukrayna Fondu xətti ilə (Ukraine Facility - red.) beşinci yardım ödənişi şura tərəfindən təsdiqlənəndən sonra Kiyev 1.8 milyard avrodan çox maliyyələşdirmə alacaq", - deyə sənəddə bildirilir.