Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Aİ və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıb
Avropa İttifaqı (Aİ) və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıblar. Diplomatlara respublikada cinayət işləri üzrə qiyabi məhkum olunmuş keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Berlin və Brüsselə səfərindən narahatlıq ifadə olunub.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski və Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ilə görüş keçirilib. Onlara Gürcüstan məhkəməsi tərəfindən cinayətkar kimi tanınan və axtarışda olan Zurab Adeişvilinin Aİ və Almaniyaya səfərlərində iştirakı ilə əlaqədar gürcü tərəfinin narahatlığı rəsmi şəkildə çatdırılıb.
Səfirlərə izah edilib ki, Adeişvili bir neçə səs-küylü cinayət işində təqsirli bilinib.
“Hərəkətləri demokratiyaya və qanunun aliliyi prinsiplərinə qarşı yönəlmiş şəxsin Aİ-yə rəsmi səfərlərdə iştirak etməsi təəssüf doğurur. Bu, təbii olaraq gürcü cəmiyyətində narahatlığa səbəb olur və anti-Qərb təbliğatına qarşı effektiv mübarizəyə töhfə vermir”, - deyə XİN-dən əlavə edilib.
Görüşdə gələcəkdə Aİ-nin və icmaya üzv ölkələrin belə faktlara layiqli reaksiya verəcəyinə ümidvar olduqları bildirilib. Səfirlər, öz növbəsində, respublikanın Aİ-yə sonrakı inteqrasiyası üçün Gürcüstanla həm birtərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlığa hazır olduqlarını bir daha təsdiqləyiblər.
Bundan əvvəl Gürcüstan İctimai Televiziya kanalında Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Ukraynaya uzaqmənzilli raketlərin ötürülməsi məsələsini müzakirə edildiyi Almaniya parlamentində görüntüləri nümayiş olunub. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili, eləcə də Gürcüstan hökumətinin digər nümayəndələri baş verənlərə görə Berlini tənqid edib və izahat tələb ediblər.
Mənbə: TASS
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
Rəylər