Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Ailə baxımından amansız il oldu": Şahzadə Uilyamın açıq etirafı
Şahzadə Uilyam həyat yoldaşı və atasında xərçəng aşkarlandığı dövrü həyatının ən çətin ili adlandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, Cənubi Afrikada Keyptaunda jurnalistlərə müsahibəsində deyib.
Uilyamdan bu ili necə keçirdiyi soruşulub.
"Açığı, dəhşətli il oldu. Yəqin ki, bu ili həyatımın ən çətin ili hesab etmək olar. Digər hər şeylə başa çıxmağa çalışmaq və yoldan çıxmamaq həqiqətən çətin idi", - deyə o bildirib.
Şahzadə Uilyam qarşılaşdıqları vəziyyətlə başa çıxa bildikləri üçün həyat yoldaşı Keyt Middlton və atası kral III Çarlzla qürur duyduğunu bildirib.
"Şəxsi ailə baxımından isə, bəli, bu, amansız idi", - deyə Britaniya taxt-tacının varisi əlavə edib.
Xatırladaq ki, fevralda Bukingem Sarayı kral III Çarlzda xərçəng aşkarlandığını elan edib. Martda Uilyamın həyat yoldaşı Uels Şahzadəsi öz diaqnozu barədə məlumat verib.
Rəylər